Nə üçün Uca Allah yalnız İslam dinini qəbul edəcək?
Və aleykum Salam.
1) "İslam" sözünün mənası "təslim olmaq", "boyun əymək" deməkdir. Muhəmməd peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) gətirdiyi son dinin adı xüsusi olaraq "İslam" adlansa da, əvvəlki dinlər də məna baxımından İslam dini olmuşlar. Çünki öz dövrünün peyğəmbərinə itaət edib yalnız Allaha ibadət edən hər kəs müsəlman sayılır. İslam dini gəldikdən sonra Uca Allah Qiyamətə qədər insanlardan başqa dini qəbul etməyəcək. Uca Allah buyurur: "Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! " (Ali-İmran, 19). Böyük təfsir alimi İbn Kəsir bu ayəni şərh edərək demişdir: "Uca Allah “Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır!” ayəsi ilə bildirir ki, heç kəsdən Onun qatında İslamdan başqa bir din qəbul edilməyəcəkdir. İslam Allahın göndərdiyi peyğəmbərlərin Allahdan gətirdiklərinə hər zaman tabe olmaqdır. Peyğəmbərlərin göndərilməsi Muhəmməd Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ilə sona çatmışdır. Beləcə, Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yolundan başqa Allaha tərəf gedən digər yolların hamısı bağlanmış oldu. Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) göndərilməsindən sonra kim onun şəriətindən başqa bir din ilə Allahın hüzuruna gələrsə, bu o kəsdən qəbul edilməyəcək. Necə ki başqa bir ayədə Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar” (“Ali-İmran”, 85). Bu ayədə isə Uca Allah “Həqiqətən, Allah yanında qəbul olunan din İslamdır!” buyuraraq qəbul olunan dinin yalnız İslam olduğunu xəbər verir...". Bu barədə ətraflı oxuyun: