Şəkil çəkmək və heykəl olan otaqda namaz qılmaq olarmı?

    20.05.2014
Kimdən: 
Cavid
Sual: 
Salam. Sulu boya ve yaxud karandaşla canlı resmi.cekmek günahdırmı? Heykel olan otaqda namaz qilmaq olar?
Cavab: 

Aleykum salam.
1) İslam dininə görə əl ilə canlı (ruhu olan) şəkili çəkmək haramdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır". (əl-Buxari).
Lakin, ruhu olmayan əşyaların şəklini çəkmək olar. Bu barədə də İbn Abbasdan (Allah onlardan razı olsun) hədis varid olmuşdur. Belə ki, rəvayət edilir ki, bir dəfə bir nəfər İbn Abbasın (Allah onlardan razı olsun) yanına gəlib dedi: "Ey Əbu Abbas, mən insanam; mənim dolanışığım əl işlərimdən çıxır; mən bu rəsmləri çəkirəm". İbn Abbas (Allah onlardan razı olsun) dedi: "Mən sənə ancaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdiyimi danışaca­ğam. Mən onun belə dediyini eşitmişəm: "Kim rəsm çə­kər­sə, (o adam) həmin rəsmə ruh üfürənə qədər Allah ona əzab verər. O isə heç vaxt ona ruh üfürə bilməyəcək". O adam dərindən ah çəkdi və (qor­xudan) onun rəngi saraldı. İbn Abbas (Allah onlardan razı olsun) dedi: "Ay biçarə! Çəkmək istəyirsənsə, ağac və başqa cansız şeylərin şəklini çək". (əl-Buxari, 2225).
2) Əgər namaz qılmaq üçün başqa bir yer tapa bilmirsinizsə, qıla bilərsiniz. Həmçinin, əgər heykəlin və ya şəkilin üzərinə bir şey çəkib örtə bilirsinizsə, bu daha yaxşıdır. 

Teqlər: 
Paylaş: