Namazı bitirərkən salam verməyi unudan nə etməlidir?
Sual:
Salam. Bayaq qıldığım namazda Salamları demek yadımdan çıxdı sonra diger namazımı qıldım. Birden bayaqki, namazımda Salam demədiyim yadıma düşdü. İndi men yene o namazı qılmalıyam
Cavab:
Və aleykum Salam. Namazın sonunda salam verməyi unudan şəxs əgər qısa zamanda yadına düşərsə dərhal qayıdıb salam verməli sonra səhv səcdəsi etməlidir. Əgər uzun müddət sonra xatırlayarsa, bu halda namazı batil olur və bu namazı yenidən qılmalıdır. Çünki salam vermək namazın ərkanlarından sayılır.