Ratibə sünnələrdən başqa davamiyyətli qılınan sünnət namazları vardırmı?

    19.09.2023
Kimdən: 
Günay
Sual: 
Salam aleyküm, her vaxtınız xeyir. Sünnet namazlarından nafile olanlardan elave ratibe olmayan namazları gündelik davamlı şekilde qılmaq olarmı, bu barede hansısa hedis ve ya deqiq melumat vere bilersiniz?
Cavab: 

Və aleykum Salam. Ratibə namazlardan başqa bəzi sünnət namazların davamiyyətli qılınması hədislərdə varid olmuşdur. Bu namazlardan bəziləri aşağıdakılardır:

1) Duha namazı; Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu­yur­muş­­dur: “Sizdən biri hər bir sümüyü bir sədəqə borcu olduğu halda səhə­rə çıxır. Hər təsbih (Subhənəllah demək) sədəqədir, hər təhmid (Əl­həm­du­lilləh demək) sədəqədir, hər təhlil (lə iləhə illəllah demək) sədə­qədir, hər tək­bir (Allahu Əkbər demək) sədəqədir. Yaxşı işlər görməyi əmr etmək sədəqədir, pis əməllərdən çəkindirmək sədəqədir. Duha vaxtı qılınan iki rükət namaz isə bunların hamısını əvəz edir”. (Muslim, 720, 1181, 1704).

2) Zöhr namazından sonra qılınan dörd rükət; Ummu Həbibə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Kim müntəzəm olaraq Zöhrdən əvvəl və sonra dörd rükət nafilə qılsa, Allah Cəhənnəmi ona haram edər”. (ət-Tirmizi, 428, 430​​​​).

3) Vitr namazı; Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Məğrib namazı günün vitridir, elə isə gecənin vitrini də qılın!” (Əhməd, 4847). Ətraflı oxuyun:

Vitr namazının hökmü nədir?

4) Dəsətəmaz aldıqdan sonra qılınan iki rükət namaz; Əbu Bureydə (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) səhər Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Bilalı (Allah ondan razı olsun) çağırdı və ona dedi: “Ey Bilal! Hansı əmələ görə Cənnətə girməkdə məni qabaqladın? Mən nə vaxt (yuxuda) Cənnətə girdimsə, hər dəfə önümdə sənin xışıltını (ayaq səsini) eşitdim. Dünən Cənnətə girmiş­dim, önümdə (yenə) sənin xışıltını eşitdim və qızıldan düzəldilmiş dörd tərə­fi eyvanlı bir saraya gəldim. Dedim: “Bu saray kimindir?” Dedilər: “Bir ərəbindir”. Dedim: “Mən ərəbəm, bu saray kimindir?” Dedilər: “Qureyşli bir kişinin”. Dedim: “Mən Qureyşliyəm, bu saray kimindir?” Dedilər: “Muhəmməd ümmətin­dən bir kişinin”. Dedim: “Mən Muhəmmədəm, bu saray kimindir?” Dedilər: “Ömər ibn əl-Xəttabın”. Bilal (Allah ondan razı olsun) dedi: “Ey Allahın Elçisi! Mən nə vaxt azan verdimsə, iki rükət namaz qıldım və nə vaxt dəstəmazım pozuldusa, dəstəmaz aldım və Allah üçün bu iki rükət namaza riayət etdim (heç vaxt tərk etmədim)” Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Elə bu iki şeyə görə (Cənnətə məndən öncə girirsən)”. (ət-Tirmizi, 3689, 4053; Əhməd, 21918).
Həmçinin oxuyun: 
​​​​​​​Sünnət namazlarına dair hansı hədislər var?

Paylaş: