Qunutda əllər necə tutulur?
Sual:
Salam Aleykum qadin tünd göy tünd qehveyi tünd yaşil hicab geyine bilermi dar ve şeffaf deyil.yeni boş qalin paltarlardi rengine göre soruşuram .ağ sport ayaqqabi geyine bilermi? Evde de hicab taxmaq lazimdir ?hicabli qadin evde eri üçün makyaj etir vura bilermi? Makyajli halda evde qaynanasi öz anasi atasi görse günahmidir? Vitr namazinda qunutda eller nece tutulur? Men hicab baresinde sakitce anamla danişmişam ki Allahin emrdi her bir qadin geyinmelidi buna göre cevab verecek deye lakin anam geyinmesen sene günah yoxdur ne bilim sonra geyinersen deye inkar eleyir men onun sözüne emel etmedim deye mene günahmi yazilir ? Mene qarşi esebidi deye sert danişir menle evdekilerde eledi
Cavab:
Və aleykum Salam.
1) Bu cavabı oxuyun:
2) Əgər evdə naməhrəm kişi yoxdursa qadının hicab geyinməsinə ehtiyac yoxdur. Hicab yalnız naməhrəm kişilər qarşısında geyinilir.
3) Qadın evdə məhrəmlərinin və qadınların yanında makiyaj edə bilər. Ətraflı oxuyun:
4) Qunut tutarkən əllər bitişik şəkildə əllərin içi (ovuclar) səmaya doğru yönələrək üzlə bərabər hündürlükdə tutulur.
5) Bu cavabı oxuyun: