Namazı yüngül saymaq nə deməkdir?

    21.05.2014
Kimdən: 
resad
Sual: 
Namazi yungul saymaq ne demekdir?
Cavab: 

Salam aleykum. Namazı yüngül saymaq namazın əhəmiyyətini dərk etməyərək namazı dəyərsiz hesab etmək və səhlənkar yanaşmaqdır. Allah Təala buyurur: "(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz); Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar). Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər, Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər)". (əl-Maun, 1-7).

Teqlər: 
Paylaş: