"əl-Fatihə" surəsindən sonra "Bismilləhir-Rahmənir-Rahim" deyilirmi?
Sual:
Salam Aleykum.Namazda olarkən Fatihə surəsi və ondan sonrakı surənin başlanğıcında Bismillahir Rəhmanir Rəhim deyilməlidirmi?
Cavab:
Və aleykum Salam. "əl-Fatihə" surəsindən sonra əvvəli "Bismilləhir-Rahmənir-Rahim" ilə başlayan surəni əvvəldən oxuduqda surənin əvvəlində gələn "Bismilləhir-Rahmənir-Rahim" cümləsi deyilir. Məsələn "əl-Fatihə" surəsindən sonra "əl-Fələq" surəsini əvvəldən oxumaq istəyən şəxs "əl-Fatihə" surəsindən sonra "Bismilləhir-Rahmənir-Rahim" deyib "əl-Fələq" surəsinə başlayır. "əl-Fatihə" surəsindən sonra əvvəli "Bismilləhir-Rahmənir-Rahim" ilə başlamayan surəni ("ət-Tövbə" surəsi kimi) oxuyan və ya surənin ortasından başlayan şəxs isə əl-Fatihə" surəsindən sonra "Bismilləhir-Rahmənir-Rahim" demir.