Səhv səcdəsinin sözlərini yaza bilərsinizmi?

    23.05.2014
Kimdən: 
GUNEL
Sual: 
SALAM ZEHMET OLMASA SEHV SECDESININ SOZLERINI YAZARDIZ. 2 DEFE DEYERKEN BELE NEZERDE TUTURSUZ SUBHANE RABBIYEL ALE 3 DEFE, QALXANDA ISE 2 DEFE REBBIGFIRLI?
Cavab: 

Aleykum salam. Səhv səcdəsi namazın sonunda edilir. Səcdə edilir və üç dəfə "Subhənə Rabbiyə-l-A'lə" (Uca olan Rəbbim nə qədər müqəddəs və nöqsansızdır!) deyilir, sonra səcdədən qalxıb üç dəfə "Rabbi-ğ-firli" (Rəbbim məni bağışla!) deyilir. Sonra yenə səcdəyə gedilir və üç dəfə Subhənə Rabbiyə-l-A'lə deyilir və sonra səcdədən qalxıb "əssələmu aleykum və rahmətullah" (Sizin üzərinizə Allahın salamı və rəhməti olsun) deyərək başı sağ və sol çiyin tərəfə çevirərək salam verilir. İki dəfə dedikdə bu nəzərdə tutulur.

Teqlər: 
Paylaş: