Yuxuda ihtilam (pollusiya) olan lakin axıntı görməyən kəs qüsl almalıdırmı?

    13.11.2023
Sual: 
Salam yuxuda ihtilam oluram ama nemlik yaşlıq olmur titriyerek oyanram yuxudan mende boşalma heyatdada heçne gelmir buna göre qusul almalıyam?
Cavab: 
Və aleykum Salam. Yuxuda ihtilam olduğunu görən, lakin ondan heç bir şey gəlməyən kəsin üzərinə qüsl vacib olmur. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qüslu yalnız məninin (spermanın) gəlməsi vacib edir". (Səhih Muslim, 343). Pollusiya yuxuda qeyri-ixtiyari olaraq boşalmağa deyilir. Bu prosses dini termin olaraq "ihtilam" adlanır. Daha ətraflı: Qızlarda məni olurmu və bu halda qüsl pozulurmu?
Teqlər: 
Paylaş: