Azandan əvvəl qılınan namaz batildirmi?
Sual:
As Salamu Aleykum.
Men namaz bezen namaz qılandan sonra azanın verildiyini eşidirem.
Bu zaman namazı yeniden qilmalıyam yoxsa yox?
Birde mescid sunnete uygun fealiyyet göstermir.
Hemin mescide tabe olmaq mecburiyyetindeyem?
Teşekkürler!
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
1) Əgər vaxt baxımından namazın vaxtı girib, lakin azan hələ verilməyibsə, bu zaman qıldığınız namaz batil sayılmır. Amma əgər azan namazın dəqiq girmə vaxtında verilirsə, bu zaman azandan öncə qıldığınız namaz doğru deyildir. Namazın vaxtı girdikdən sonra yenidən qılmalısınız. Hədisdə bildirilir ki, vaxtından əvvəl qılınan namaz batildir.
2) Məscid sünnəyə uyğun fəaliyyət göstərmir dedikdə, konkret nəyi nəzərdə tutursunuz?