Heyz qüsulu necə alınır?

    25.05.2014
Sual: 
Salam aleykum. (Heyz) qusulu necə alInIr?
Cavab: 

Aleykum salam. Uca Allahın dərgahında qəbul olunan qüsl iki növdür:
Vacib qüsl. Yəni, başa və bütün bədənə su çatdırmaqla yumaq. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.
Kamil qüsl. Kamil qüsl almaq üçün "bismilləh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Muhəmmədin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Aişə (Allah ondan razı olsun) rəvayət edir: "Peyğəmbər cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu".
 

Paylaş: