Qadının saçını hicabın altından toppuz yığmasının qadağan olmasına dəlil nədir?
Sual:
Salam Aleykum. Qadın saçını hicabın altından toppuz yığmamasına delil nədir?
Cavab:
Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Cəhənnəm əhlindən iki sinif insan var ki, onları görmürəm: "Əllərində inək quyruqlarına oxşar qamçılar olan bir tayfa. Onlar onunla insanları vururlar. Və geyinmiş çılpaq, əyilərək təkəbbürlü yeriyən, başları uzunboğaz dəvələrin hürgücü kimi əyilmiş qadınlar. Onlar Cənnətə daxil olmaz və onun iyini duymazlar. Halbuki, iyi bu və bu qədər məsafədən gəlir". (Muslim, 5704, 7373). Bu və digər hədislərə görə qadın hətta evdə olanda belə saçını üstdən yığması qadağandır. Həmçinin oxuyun: