Çətinliklər üzündən uşağı götüzdürmək olarmı?

    28.03.2024
Kimdən: 
GÜLANƏ
Sual: 
Salam sualima xaiw edirem cvb veri. 4 ildi aileliyem hergum evde dava gedir ele bir gunum yoxdu yoldawim meni soymesin Ekizlere hamileyem evde herkes deyirki uwaglari aldir. Bawqa yolum yoxdur onlari dogub boyudecek arxam dayagimda yoxdu. Men neynim neter edim bilmkrem Allahda wahiddirki cixiw yolum yoxdur ne meslehet gorursuz neynim men qurani namazi allahi soyen adamalrdir bunlar.nolar mene cvb verin hamileliyim 2 aydi aldirim ya aldirmiyim
Cavab: 

Və aleykum Salam. Əvvəla Uca Allahdan sizə səbir diləyirik. Uca Allah sıxıntılarınızı aradan qaldırsın və sizə hər bir çətinlikdən çıxış yolu qoysun. 

Suala gəlincə, kasıbçılıq və ya çətinlik səbəbindən ana bətnində olan uşağı tələf etmək böyük günühdır və dinimiz bu əməli qadağan edir. Xüsusən də əkiz uşaqları tələf etmək daha böyük günahdır. Sizə bu əməli etməkdən çəkinməyi tövsiyə edirik. Çünki Uca Allah uşağı yaratmazdan əvvəl onun ruzisini ayırır və yaradır. Uca Allah buyurur: "Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır". (əl-İsra, 31). Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: