Quranda ən son nazil olan ayə hansıdır?

    07.01.2024
Kimdən: 
jamal
Sual: 
Salam Aleykum ua rahmatullahi ua barakatuhu. ilk əvvəl Allah sizi xeyirlə mükafatlandırsın Amin. Sualım var sizə; Qurani Kərimdə son nazil olan Aye Əl-Maidə surəsi oldugunun alimlərin görüşü və ya hadislər mövcuddurmu?
Cavab: 

Və aleykum Salam. əl-Maidə surəsinin 3-cü ayəsi Qurandan nazil olan son ayələrdən biri olsa da, ən son nazil olan ayə deyil. Quranın ən son nazil olan ayəsi əl-Bəqərə surəsinin "Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi büsbütün veriləcək və onlara zülm olunmayacaqdır" (281-ci) ayəsidir. İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir:

"Rəvayət edildiyinə görə bu ayə Quranda son nazil olan ayədir. İbn Mərdəveyh (Allah ona rəhmət etsin) rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Ən son nazil olan ayə Uca Allahın Allahın hüzuruna qaytarılacağınız gündən qorxun!... ayəsidir”. (əl-Buxari, Vəhyin başlanğıcı kitabı, 25-ci və 55-ci fəsillər). ən-Nəsəi də buna bənzər hədis rəvayət etmişdir. Əhməd Şakir demişdir: "İbn Kəsir (Allah ona rəhmət etsin) burada ən-Nəsəinin "əs-Sunənul-Kubra" əsərini nəzərdə tutur. Həmçinin, ət-Tabəri (Allah ona rəhmət etsin) oxşar hədisi səhih isnadla rəvayət etmişdir (6311). əl-Hafiz İbn Həcər "Fəthul-Bari" əsərində (8/153) ət-Tabərinin rəvayəti ilə qeyd etmişdir. Həmçinin, əl-Heysəmi "əz-Zəvaid" kitabında (6/324) qeyd etmiş və hədisi ət-Tabəraniyə nisbət etmişdir. əs-Siyuti (1/369-370) əlavə olaraq hədisi Əbu Ubeydə, Abd ibn Humeydə, İbn əl-Munzirə və başqalarına nisbət etmişdir".

Teqlər: 
Paylaş: