Allahın Əli varmı?
Va aleykum Salam.
1) Uca Allah Quranda bildirir ki, Onun Əli vardır. Uca Allah bu xüsusda buyurur: "Allah dedi: "Ey İblis! Sənə Mənim iki Əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?" (Sad, 71-75). Digər bir ayədə isə belə buyurulur: "Yəhudilər dedilər: "Allahın Əli bağlıdır!" Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir". (əl-Maidə, 64). Bizim üzərimizə düşən Uca Allahın Quranda və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Özü barədə verdiyi sifətləri məxluqa bənzətmədən, təhrif etmədən, inkar etmədən, hər bir nöqsandan uzaq tutaraq Uca Allahın Özünə layiqli şəkildə isbat etməkdir. Bir gün bir nəfər İmam Malikin (Allah ona rəhmət etsin) yanına gələrək ondan soruşur: "Uca Allah necə istiva etmişdir" (yəni Uca Allah Ərşə necə yüksəlmişdir)? İmam Malik belə cavab verir: "İstiva" (yüksəlmək) məlumdur, necəliyi məchuldur (yəni bilinmir), ona (yəni Uca Allah Ərşə yüksəlməsinə) iman etmək vacibdir, onu inkar etmək küfrdür, o haqda (yəni necəliyi barədə) sual vermək isə bidətdir. (Yəni dində olmayıb, sonradan meydana gələn yeniliklər)". Sonra da ona Uca Allahın bu aysəni oxuyur: "ər-Rahmən Ərşə ucaldı". (Ta Ha, 5)". (İmam əz-Zəhəbi "əl-Ərş" kitabı, 1/117). İslam alimləri İmam Malikin bu sözünü Allahın Ad və Sifətlərində bir qayda kimi götürmüşlər. Belə ki, Uca Allahın Özü barədə xəbər verdiyi istənilən xəbərdə bu qayda tətbiq edilir. Uca Allahın Əli barədə də bunu demək olar. Əl məlumdur, necəliyi bilinmir, buna iman gətirmək vacibdir, onu inkar etmək küfrdür, necəliyi barədə sual vermək bidətdir. Həmçinin oxuyun:
Parçalanmaqdan yaxa qurtarmağın yolu
"Hamı Qurana tabe olsaydı, parçalanma olmazdı" fikri doğrudurmu?
3) Sualları Azərbaycanda ilahiyyat elmləri üzrə ali təhsil almış müxtəlif şəxslər cavablandırır.