Həqiqətən də Allahın əli varmı?
Aleykum salam. Allah əli vardır. Uca Allah buyurur: "Xatırla ki, bir zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!" Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. (Allah) dedi: "Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?" (Sad, 71-75).
Digər bir ayədə isə belə buyurulur: "Yəhudilər dedilər: "Allahın Əli bağlıdır!" Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir". (əl-Maidə, 64).
Dinimizə görə hər bir həqiqi əqidə sahibi olan müsəlmanın Allah Təalanın sifətləri və zatı barəsindəki yolu Quran və Sünnədə bizə bildirilən şəkildə olmalıdır. Belə ki, biz Uca Allahın zatı ilə bağlı bildiklərimizi Onun özünə məxsus şəkildə keyfiyyət vermədən, oxşatmadan, təhrif edib yozmadan və inkar etmədən qəbul edirik. Allah Təala hər şeydən Uca və biz insanların onu dərk edə bilməcəyimiz qədər nöqsansızdır: "Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, (hər şeydən) Xəbərdardır". (əl-Ənam, 103). Daha ətraflı: Allahın ad və sifətlərinə iman gətirməyin qaydaları