Hamilə qadından gələn qan heyz sayılırmı?

    25.01.2024
Sual: 
Salam sualıma göre uzr isteyirem,men hamileyem ve hamile vaxtı qanaxmam olur heyze benzeyen qan olur amma heyz sayilmir cunki ferqli vaxtlarda olur.Axsamdan sehere qeder qanaxmam oldu mecbur olub subh namazini qila bilmedim,zohr namazinda artıq qan yox idi deye qildim hec bir qusl almadan sizce duzgun etmisem, yoxsa qusl almaliyam almaliyamsa hansi quslun hokmunde gedir?Hamile vaxti gelen qan olanda namaz qilmamaliyam?Bes menim qildigim namaz duzgun sayilir qebul olur?
Cavab: 

Və aleykum Salam. Hamilə qadından gələn qan heyz qanı sayılmır. Odur ki, hamilə qadın belə hallarda yuyunub namazını qılmalıdır və bu qana fikir verməməlidir. Əgər qan dayanmırsa, namaz vaxtı girdikdə yuyunub dəstəmaz alır və namazını qılır. Yuyunduqdan və dəstəmaz aldıqdan sonra gələn qana isə fikir vermir. Çünki belə halda qadın üzürlü sayılır və bu qan onun dəstəmazına təsir etmir. Həmçinin oxuyun:

Heyzin müddəti uzun çəkirsə, nə vaxtdan namaz qılmalıyam?

Teqlər: 
Paylaş: