İnsan çəkindiyi günah əməllərə görə savab qazanırmı?

    25.01.2024
Kimdən: 
Rüfət
Sual: 
Salam. İnsan bu dünyada etmədiyi günahlara görə savab qazanırmı ? Məsələn, içki içmir, siqaret çəkmir, qumar oynamır, zina etmir, yalan danışmır və s. Bunlara görə savab qazanırmı ?
Cavab: 

Və aleykum Salam. Sözsüz ki, insan bu dünyada Allahdan qorxduğu üçün, yəni Uca Allah haram etdiyi üçün tərk etdiyi hər bir günah əmələ görə savab qazanır. Niyyət əməllərə görə savab qazanmaqda əsas rol oynayır. Uca Allah buyurur: "Rəbbinin hüzurunda dur­maqdan qorxan­ları iki cənnət göz­ləyir" (ər-Rəhman, 46). Həmçinin buyurur: "Həqiqətən, öz Rəbbin­dən Onu görmədikləri halda qor­xan­lar üçün ba­ğışlanma və böyük bir mükafat var" (əl-Mulk, 12). Başqa bir ayədə buyurur: "Ancaq kim Rəbbinin hü­zuruna gələcəyindən qorxmuş və nəf­sinə ehti­rası yasaq et­miş­sə, həqiqətən, onun gedəcəyi yer Cənnətdir" (ən-Naziat, 40-41). Həmçinin oxuyun:

Əməllər niyyətlərə bağlıdır

Paylaş: