Allahdan qorxmaq haqda

    10.09.2018
عَنْ حُذَيْفَةَ فَقَالَ وَسَمِعْتُهُ يَقُولُ «إِنَّ رَجُلاً حَضَرَهُ الْمَوْتُ، فَلَمَّا يَئِسَ مِنَ الْحَيَاةِ أَوْصَى أَهْلَهُ إِذَا أَنَا مُتُّ فَاجْمَعُوا لِى حَطَبًا كَثِيرًا وَأَوْقِدُوا فِيهِ نَارًا حَتَّى إِذَا أَكَلَتْ لَحْمِى، وَخَلَصَتْ إِلَى عَظْمِى، فَامْتَحَشْتُ، فَخُذُوهَا فَاطْحَنُوهَا، ثُمَّ انْظُرُوا يَوْمًا رَاحًا فَاذْرُوهُ فِى الْيَمِّ. فَفَعَلُوا، فَجَمَعَهُ فَقَالَ لَهُ لِمَ فَعَلْتَ ذَلِكَ قَالَ مِنْ خَشْيَتِكَ. فَغَفَرَ اللَّهُ لَهُ». قَالَ عُقْبَةُ بْنُ عَمْرٍو، وَأَنَا سَمِعْتُهُ يَقُولُ ذَاكَ، وَكَانَ نَبَّاشًا

 
Huzeyfə[1] (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisinin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitdim: “Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə (belə bir) vəsiyyət etdi: “Mən öl­dükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümü­yü­mü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun”. Onlar onun vəsiyyətini yerinə yetir­dilər. Lakin Allah onu əvvəlki görkəminə qaytardı və ondan: “Nə üçün belə etdin?”- deyə soruşdu. O: “Səndən qorxduğum üçün!”- deyə cavab verdi. Allah da onu bağışladı”.[2] Uqbə ibn Amr (Allah ondan razı olsun) dedi: “Mən (Huzeyfədən): “O adam qəbirləri soyan oğruydu”- dediyini eşitmişəm”.[3]
 

عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ: «قَالَ رَجُلٌ لَمْ يَعْمَلْ حَسَنَةً قَطُّ لأَهْلِهِ: "إِذَا مَاتَ فَحَرِّقُوهُ ثُمَّ اذْرُوا نِصْفَهُ فِى الْبَرِّ وَنِصْفَهُ فِى الْبَحْرِ فَوَاللَّهِ لَئِنْ قَدَرَ اللَّهُ عَلَيْهِ لَيُعَذِّبَنَّهُ عَذَابًا لاَ يُعَذِّبُهُ أَحَدًا مِنَ الْعَالَمِينَ" فَلَمَّا مَاتَ الرَّجُلُ فَعَلُوا مَا أَمَرَهُمْ فَأَمَرَ اللَّهُ الْبَرَّ فَجَمَعَ مَا فِيهِ وَأَمَرَ الْبَحْرَ فَجَمَعَ مَا فِيهِ ثُمَّ قَالَ: "لِمَ فَعَلْتَ هَذَا" قَالَ: "مِنْ خَشْيَتِكَ, يَا رَبِّ! وَأَنْتَ أَعْلَمُ". فَغَفَرَ اللَّهُ لَهُ».

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - belə demişdir: “Heç bir savab iş görməyən bir adam ailəsinə belə vəsiyyət etdi: “Mən öləndə məni yandırın, sonra (bədənimin) yarısını quruya, yarısını da dənizə səpələyin! Allaha and olsun ki, əgər Allah məni diriltməyə qadir olarsa, aləmlərdən heç bir kəsə vermədiyi əzabı mənə verər”. Həmin adam ölən­də, ailəsi onun əmr etdiyini yerinə yetirdi. (Qiyamət günü) Allah quru­ya əmr edir, o da içindəkilərini yığır, dənizə əmr edir, o da içindəki­lərini yığır. (Həmin adam vücuda gəldikdən) sonra Allah buyurur: “Bunu nə üçün etdin?” O: “Sənin qorxundan, ey Rəbbim! Sən daha yaxşı bilirsən!” – deyir. Allah onu əfv edir”.[4]

 
[1] Huzeyfə ibn əl-Yəmən ibn Cabir əl-Absi (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ məşhur səhabəsidir. Hicrətin 36-cı ilində, Osmanın (Allah ondan razı olsun) vəfatından qırx gecə sonra vəfat etmişdir.
[2] əl-Buxari, 3194, 3452, 3479, 3481, 6481; Muslim, 2756, 2757.
[3] əl-Buxari, 3194, 3266, 3452; Əhməd, 23401.
[4] Muslim, 7156. Bu hədisin başqa bir ləfzi belədir: “Uzaq keçmişdə bir adama Allah çoxlu mal-dövlət və övlad vermişdi. Onun ölüm vaxtı gəlib çatanda övladlarını başına yığıb dedi: “Sizə necə ata olmuşam?” Onlar dedilər: “Ən yaxşı ata olmusan”. O dedi: “Allaha and olsun ki, mən özüm üçün Allah dərgahında heç bir xeyir hazırlamadım. Əgər Rəbbim məni diriltsə, mənə əzab verəcək. Mən öldük­dən sonra məni yandırın və (külümü) ovxalayıb toza döndərin, sonra onu güclü küləkdə (havaya) sovurun”. (Qiyamət günü) Allah: “Ol!”- deyə  buyuracaq. O da dərhal ayağa qalxacaq. Allah: “Bunu etməyə səni nə vadar etdi?”- deyə soruşacaq. O: “Səndən qorxduğum üçün!”- deyə cavab verə­cək. Allah Elçisi ﷺ dedi: “Nəfsim əlində olan Allaha and olsun! O, Allahla görüşdükdə, sözsüz ki, onu bağışlayacaqdı”. İbn Hibban, 649. Şueyb əl-Arnavut əl-Buxari və Muslimin şərtlərinə görə hədisin isnadının səhih olduğunu bildirmişdir.