Allahın mənə bəxş etdiyi övlad ruzidirmi?

    19.01.2024
Sual: 
Salamaleykum Biz Her bir şeyi Allahın izni ile olduğunu bilirik. Her bir insanın ruzisini verir. Men ekiz uşaqlara hamileyem ve men bunu xeyal etmişem bir neçe defeki göresen menim ekizlerim olar,ve bu baş verdi. Amma bizim nesilde ekiz uşaq yoxdu ve bu süni mayalanmada deyil, yüngül derman müalicesi. Bu baş vermiyede bilerdi. Men bilmek istiremki men ekizleri fikirleşdiyeme göre Allah bunu mene qismet edib? ( ve bu ruzi sayılır?)
Cavab: 

Və aleykum Salam. İnsana bu dünyada verilən hər bir nemət Allahın ruzisidir. Ruzi tək mal-dövlət deyil. İnsanın sahib olduğu hər bir nemət Allahın ona lütfüdür. Ola bilsin bu nemət sizin Allaha dua etməyiniz və ya qəlbən istədiyinizə görə verilsin. Hər bir halda bu nemətlərə görə şükür etmək lazımdır. Şükür tək qəlblə və dillə deyil, əməldə Allaha ibadət etməklə də olmalıdır. Həmçinin oxuyun:

Paylaş: