Hamiləlik riski olmasa belə, qadın boşandıqda iddə müddəti gözləməlidirmi?
Sual:
Salam.Men 7 aydir yoldasimdan ayrilmisam,resmi bosanma ise bugun bas verib,yeni yaxinliq olmadigina gore hamile qalma riskide yoxdur.men yene də iddet gozlemeliyemmi?
Cavab:
Və aleykum Salam. Qadın ərindən boşanmışdırsa, bu müddətdən sonra iddə müddətini gözləməlidir. Lakin, əgər kişi arvadını boşadığını bildirməyibsə, nikahın sadəcə dövlət tərəfindən pozulması heç də şəriətə görə boşanma sayılmır. Boşanma yalnız kişinin həyat yoldaşına "səni boşadım" və ya bu mənanı ifadə edən sözlər deməsi ilə baş verir. Ər-arvad arasında uzun müddət yaxınlıq olmasa belə, hamiləlik riski olmasa belə, qadın boşanma baş verən gündən etibarən iddə müddətini (üç heyz müddəti) gözləməlidir. Həmçinin oxuyun: