Bir namazı qıldığım yerdə ikinci dəfə namaz qıla bilərəmmi?

    17.02.2024
Kimdən: 
C
Sual: 
Namaz qıldığım yerdə ikinci dəfə namaz qıla bilərəm? Fərz,nafilə fərqi var?
Cavab: 

Əssələmu aleykum. İnsan namaz qıldığı yerdə istənilən sayda namaz qıla bilər. Sadəcə, fərz namazını qıldıqdan sonra nafilə namazını fərqli yerdə qılmaq bəyənilən əməldir. Bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) fərz namazını qıldıqdan sonra danışmamış (zikr etməmiş) və ya yeri dəyişməmiş dərhal nafilə namazına başlamağı qadağan etmişdir. (Muslim, 1463). Buna səbəb isə fərz və nafilə namazlarının bir-birindən seçilməsidir. Həmçinin nafilə namazlarını da müxtəlif yerlərdə qılmaq bəyənilən əməldir. Çünki Qiyamət günü insanın namaz qıldığı yer onun lehinə şəhadət verəcək. Odur ki, namaz qıdığımız yerləri artırmaq bəyənilən əməldir. Uca Allah buyurur: "Həmin gün (Qiyamət günü) yer öz əh­va­lat­larını da­­nışacaq" (əz-Zəlzələ, 4). İbn Kəsir bu ayənin təfsirində belə demişdir: "Bir çox alimlər bu ayənin təfsirində belə demişlər: "Qiyamət günü yer üzərində edilən xeyir və şər əməlləri xəbər verəcək". (Təfsir İbn Kəsir, 4/697). 

Teqlər: 
Paylaş: