Namazda ayaq qalxarsa namaz batil olurmu?
Sual:
ƏsSalamu Aleykum va Rahmatullahi Va Barakatuhu Namazda ayağ qalxarsa namaz batildir?
Cavab:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Qiyamda müəyyən səbəbdən ayağı qaldırmaq namazın səhihliyinə təsir etmir. Məsələn qabaq səfə keçmək üçün addım atarsa bu namaza təsir etmir. Səcdə etdikdə isə səcdədə yerə dəyən əzalardan hər hansı birini (əli, ayağı, alnı, burnu və s.) qaldırmaq səcdəni batil edir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mənə, paltarın (ətəyini) və saçı yığmadan yeddi əza – alın, əllər, dizlər və ayaq barmaqlarının ucları üzərinə səcdə etmək əmr edilmişdi". Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun - alın deyəndə burnuna da işarə etdi". (əl-Buxari, 812).