Quran Kitabının üzərinə hansısa bir əşyanı qoymaq olarmı?
Sual:
Salam aleykum. Quranın üzərinə hər hansısa əşya qoymaq olarmı? Məsələn, telefon və ya başqa bir kitab.
Cavab:
Və aleykum Salam. Xeyr, Quran kitabının üzərinə hər hansı bir əşya qoymaq olmaz. Quran Uca Allahın Kəlamıdır, İslam dininin nişanələrindən biridir. Dinin nişanələrini uca tutmaq isə təqvadandır (Allah qorxusunu bildirir). Uca Allah buyurur: "Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandı" (əl-Həcc, 32).