Falçılıq edən bacıya yardım etmək olarmı?

    11.03.2024
Sual: 
Salam.Bacım falçılıq edir.düz yola getire bilmedim.cox imkansızdı.Amma başımıza çox oyun açdı.47 yaşı var.neçe ildir kömek edirdim.amma çetinliye düşen kimi qardaş bacı söyülür.elinde çox sənət öyrəndi.amma falçılıqdan el çəkmir ve fexrle deyirki men cadugaram.Düzü bele bacım olduğu üçün utanıram.Atamız Şəhiddir.Anamız qeyretli ,namuslu bir esl xanim.o da Dunyasini deyişdi.bize geldikde irad bildirmişem ki bizim evde fal olmaz.inciyib.Menim ona yardım etmək içimdən gelmir.Çünki edirem deyir sen mene ne etmisenki?Bütün hamının yanında bizi pisleyir.qelbim sınıb.qohum eqrabaya ancaq pis danışır.Sual:mən ona kömək etmədikdə günahım böyükdümü?o insan qəlbən mənim üçün yoxdur.cox utanıram ondan
Cavab: 

Və aleykum Salam. Falçılıq etmək böyük günahlardan biridir. Bu günah hətta küfr dərəcəsinə gəlib çata bilər. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Həlakedici yeddi günahdan çəkinin!" Soruşdular: "Ya Rəsulullah, nədir onlar?" Pey­­ğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha şərik qoşmaq, cadugərlik etmək, Allahın ha­ram bu­yurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, dö­yüş mey­danından qaçmaq və zinadan xəbəri olmayan namuslu mö­min qadınları zina­da ittiham etmək". (əl-Buxari, 2766). Siz bacınıza falçılıqdan əl çəkməyi şərt qoymaqla ona kömək edə bilərsiniz. Əgər bu əməldən əl çəkməsə ona yardım etməyin. Həmçinin oxuyun:

Fala baxmaq günahdır?

Sehr nədir?


Teqlər: 
Paylaş: