Vəhşinin hekayəsi

    27.05.2014

Vəhşi Peyğəmbərin səhabəsidir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - sevimli əmisi Həmzə ibn Abdulmuttalibi və peyğəmbərlik iddiasında olan yalançı Museyləməni qətlə yetirmişdir. Rəvayət edilir ki, bir dəfə Ubeydullah ibn Adiy Vəhşiyə dedi: “Bəlkə Həmzəni necə öldürdüyünü bizə danışasan?!”
Vəhşi dedi: “Bəli, Bədr döyüşündə Həmzə Tueymə ibn Adiyi öldürmüşdü. Onda ağam Cubeyr ibn Mutim mənə dedi: “Əmimin qisasını almaq üçün Həmzə­ni öl­dür­sən, sən azadsan!” Nəhayət, məkkəlilər Ayneyn ilində döyüşə çıxdı. (Ay­neyn Uhud dağının yanında yerləşən bir dağdır. Bu iki dağı biri­-bi­rin­dən bir vadi ayırırdı.) Mən də hamıyla birgə döyüşə çıxdım. Onlar dö­yüş­mək üçün cərgəbəcərgə düzüldükdən son­ra Siba qabağa çıxıb dedi: “Tək­bə­tək döyüşmək istəyən varmı?”
Bu vaxt Həmzə ibn Abdul-Muttəlib onun qar­şısına çıxıb dedi: “Ey Siba, ey qadınları sünnət edən Ummu Ənma­rın oğ­lu, sən Allaha və Onun Rəsuluna hədə-qorxumu gəlirsən?” Bunu de­yən­dən sonra Həmzə onun üstünə şığıyıb onu öldürdü, sanki belə bir adam yox imiş. Mən isə bir qayanın dalında giz­lənib Həmzəyə pusqu qur­dum. O mə­nə yaxınlaşanda nizəmlə onu vurdum. Nizə onun qasıq nahiyə­sindən gi­rib büzdüm sümüyünün yanından çıxdı. Bu zərbə onun işini bitirdi. Döyüşdən sonra insanlar geri qayıtdıqda mən də onlarla birlikdə qayıtdım və İslam dini Məkkədə yayılanadək mən orada yaşadım.
Sonra mən Taifə get­dim. Taiflilər Peyğəmbərin yanına elçilər göndərmək qərarına gəl­di­lər və: “O, elçilərə dəymir!”– dedilər. Onda mən elçilərlə bir­likdə yola çıx­dım və nəhayət, gəlib Peyğəmbərin yanına çatdım. O məni görəndə dedi: “Vəhşi sənsənmi?”
Mən: “Bəli!”– dedim.
Soruşdu: “Həmzəni sənmi öl­dür­mü­sən?”
Dedim: “Hadisə sənə xəbər veril­diyi kimi olub.”
Pey­ğəmbər de­di: “Sən elə edə bilərsənmi ki, mən heç vaxt sənin üzünü görməyim?” Mən mə­yus halda çıxıb getdim. Peyğəm­bər vəfat etdikdən sonra (özünü peyğəmbər elan edən) yalançı Mu­sey­ləmə meydana çıxdığı zaman mən öz-özümə dedim: “Museyləmənin üstünə gedəcəyəm. Ola bilsin ki, mən onu öldürüm və bununla da Həmzəyə görə qazandığım günahı yuyum.”
Mən hamıyla birgə (Museyləməyə qar­şı döyüşə) çıxdım. Olan oldu, keçən keçdi. Bir də baxdım ki, saçları dağınıq bir adam divarın kəsi­yində durub, rəngi də kül rəngində olan dəvənin rən­gi­nə çalır. Mən dərhal nizəmlə onu vurdum. Nizə onun köksündən girib kü­rə­yindən çıxdı. Üstəlik ənsardan olan birisi onun üstünə cumub qılıncla onun təpəsinə bir zərbə endirdi.” (əl-Buxari, 4072).

 
Paylaş: