nümunə insanlar

İlk müsəlmanların çəkdiyi əziyyətlər (davamı)

    28.08.2024

Səd ibn Əbu Vaqqas: Sədin oğlu Musab demişdir: “Onun haqda Quranda ayələr nazil olmuşdur. Sədin anası dinindən dönməyincəyə kimi onunla danışma­mağa, yeməyib-içməməyə and içdi. Sonra ona belə dedi: “Sən Allahın anan və atanı sənə vəsiyyət ediyini iddia edirsən. Sənin anan mənəm və sənə bunu mən əmr edirəm”. O, üç gün belə oturdu, sonra isə halsızlıqdan huşunu itirdi. Onun Umara adlı oğlu ona su verdi. O (qadın) isə Sədin əleyhinə dua etməyə başladı.

İlk müsəlmanların çəkdiyi əziyyətlər

    21.08.2024

Peyğəmbərliyin 4-cü ilinə qədər bütpərəstlər müsəlmanlara qarşı əsasən mübahisələrlə qarşı çıxırdılar, lakin bunun bir fayda vermədiyini gördükdən sonra müsəlmanlara işgəncələr verməyə başladılar. Onlar Allah Elçisinə ﷺ fiziki cəhətdən əziyyət verə bilmirdilər, çünki əmisi Əbu Talib onu müdafiə edirdi. Qureyş müşrikləri Allah Elçisinə ﷺ tabe olmuş və İslamı qəbul etmiş səhabələrə qarşı açıq-aşkar düşmənçilik nümayiş etdirməyə başlamışdılar.

Əbu Zərr əl-Ğifarinin İslamı qəbul etməsi hadisəsi

    01.08.2024

Abdullah ibn Abbas Əbu Zərr əl-Ğifarinin İslamı necə qəbul etməsini onun dili belə rəvayət edir: “Mən Ğifar qəbiləsin­dən idim. İslamın ilk günlərində bizə xəbər gəlib çatdı ki, Məkkədə bir adam pey­da olub, peyğəmbər olduğunu iddia edir. Onda mən qardaşıma dedim: “Get o adamın yanına, onunla danış və mənə ondan bir xəbər gətir!” Qarda­şım Məkkəyə gedib onunla görüşdü, sonra geri qayıtdı. Mən soruşdum: “Nə xəbər gətirmisən?” O dedi: “Vallahi, mən insanlara yaxşı işlər görməyi bu­yuran və onları pis işlərdən çəkindirən birisini gördüm”.

Kərbəla faciəsi

    15.08.2021

Hicrətin 60-cı ilində İraq əhli Hüseynin Yezid ibn Müaviyəyə beyət etmədiyindən xəbər tutduqda Hüseynin yanına nümayəndələr və məktublar göndərib yalnız ona beyət edəcəklərini, Yezidi, onun atasını, Osmanı, Öməri və Əbu Bəkri yox, məhz Əlini və onun övladlarını istədiklərini bildirdilər. Bu ərəfədə Hüseynə beş yüzdən artıq məktub gəlmişdi.

Əhli-beytin fəziləti

    23.11.2020

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə əhli-beytimi sevin”. (ət-Tirmizi, 4042).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.

Pages