Səhabələr kimlərdir?
Səhabə Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görüb İslamı qəbul edən və müsəlman olduğu halda ölən kəsə deyilir. Səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) sonra, ən xeyirli insanlardır. Onları dost tutmaq, onları sevmək, onlardan razı qalmaq hər bir müsəlmana vacibdir. Onları sevmək dindar və mömin olmağın, habelə mərhəmətli Allaha yaxınlaşmağın əlaməti, onlara nifrət bəsləmək isə kafirliyin və üsyankarlığın əlamətidir.