Kəb ibn Malikin tövbəsi
Rəvayət edilir ki, Kəb ibn Malik demişdir: “Təbuk döyüşündən başqa Peyğəmbərin apardığı döyüşlərin heç birindən yayınmamışdım. Bədr döyüşündən yayınmağıma gəlincə, ondan yayınanları Peyğəmbər - sallallahu aleyhi və səlləm - qınamamışdı. Çünki o zaman Peyğəmbər döyüşə yox, Qureyş karvanının yolunu kəsmək üçün çıxmışdı. Allah da onları vədələşmədikləri bir yerdə düşmənləri ilə üz-üzə gətirdi. Əqəbə beyətində hamımız İslamı yaşatmağa dair Peyğəmbərə beyət etdik.