Filankəsin baxçasını sula!

    15.07.2014

Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Bir kişi düzənlik bir yerdə dayanmışdı. Birdən göydəki bir buluddan belə bir səs gəldiyini eşitdi: “Filankəsin baxçasını sula!” və həmin bulud qara daşlı bir sahəyə yönələrək suyunu oraya boşaltdı. Orada olan arxlardan biri suyun hamısını özünə çəkdi. Kişi suyun ardınca gedərək gəlib bir kişinin bostanın içində əlindəki alətlə suyun yönünü dəyişdirdiyini gördü.
Kişi ondan: “Ey Allahın qulu, adın nədir?” deyə soruşdu.
O: “Filankəs” deyə buluddan eşitdiyi adı ona xəbər verdi.
Ondan: “Adımı nə üçün soruşdun?” deyə soruşduqda kişi belə dedi: “Mən, suyundan işlətdiyin bir buluddan sənin adını çəkdiyi halda "filankəsin bağçasını sula!” deyə bir səs eşitdim. Sən burada nə iş görürsən ki?”
O, kişiyə belə cavab verdi: “Belə deyirsənsə, bu ona görədir ki, mən baxçadan alınan məhsula baxıb, onun üçdəbirini sədəqə verirəm. Üçdəbirini isə mən və ailəm yeyirik. Qalan üçdəbirini isə torpağa qaytarıram”.
Başqa bir rəvayətdə isə belə deyilir: “Üçdəbirini miskinlərə, dilənçilərə və yolçulara verirəm”. (Muslim, 5299).

Paylaş: