Allah yolunda öldürülənləri əsla ölmüş sanma!

    03.08.2014

Mədinə şəhərində yerləşən Uhud dağının yaxınlığında hicri təqviminin 3-cü ilində Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında iri miqyaslı döyüş baş ver­mişdir. Bu döyüşdə müsəlmanlardan şəhid olanlar olmuşdur. Onların fəziləti haqqında rəvayət edilir ki, Cabir ibn Abdullah demişdir:
“Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Uhud dö­yü­şündə şəhid olanları iki-iki (hər iki nəfəri) bir kəfənə büküb: “Hansı biri Qu­ran­dan daha çox ayə bilir”- deyə soruşur, ikisindən hansı birinə işarə edi­lir­di­sə, onu birinci olaraq qəbirə qoyur və deyirdi: “Mən Qiyamət günü bunlara şa­hid olacağam!” Sonra onları üzərilərindəki qanı yumadan dəfn etməyi əmr et­di. Odur ki, əshabələr onları yumadılar və cənazələri üçün namaz qıl­ma­dı­lar. (əl-Buxari, 1343). Burada iki kişinin bir kəfənə büküldüyü, yaxud bir kəfəni iki hissəyə bölüb, onlardan hər birinin həmin hissəyə büküldüyü və eyni qəbirə qoyulduğu nəzərdə tutulur.
Həmçinin, Peyğəmbər demişdir: “Qardaşlarınız Uhud döyüşündə şəhid olduqda, qüdrət və qüvvət sahibi olan Allah onların ruhlarını yaşıl quşların içinə yerləşdirdi. Onlar Cənnət çaylarının yanına gəlir, Cənnət mey­vələrindən yeyir və Ərşin kölgəsində yerləşdirilmiş qızıl çıraqla­rın yanına qayıdırlar. Yemək-içməklərinin və qayıtdıqları yerin nə qədər gözəl olduğunu gördükləri zaman deyirlər: “Kaş ki, qardaş­larımız Allahın bizə bəxş etdiyi bu nemətlərdən xəbər tutaydılar və Allah yolunda olan cihaddan qorxub qaçmayaydı­lar”. Uca Allah: “Mən sizin dediklərinizi onlara bildirərəm!”- dedi və bu ayələri Öz elçisinə nazil etdi: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, (onlar) diridirlər” (Ali-İmran, 169)". (Əbu Davud, 2158).

Paylaş: