nümunə insanlar
Fatimə haqqında
Xanım Fatimə Allahın rəsulu Muhəmmədin - sallallahu aleyhi və səlləm - birinci həyat yoldaşı Xədicədən olan qızı, Həsən və Hüseynin anasıdır. Allah onlardan razı olsun!
O, Muhammədə peyğəmbərliyin verilməsindən bir müddət əvvəl miladi təqvimi ilə 605-ci ildə Məkkədə dünyaya gəlmişdir. Bədr döyüşündən sonra Əli ibn Əbu Talibə ərə getmişdir. Peyğəmbər onu çox istəyər və ona hörmət edərdi. Fatimə səbirli, dinə bağlı, səxavətli, ismətli, mehriban, sədaqətli və Uca Allaha şükür edən bir bəndə idi.
Müdrik Loğmanın oğluna nəsihəti
Deyilənə görə Loğman əməlisaleh həbəşi bir kölə olmuşdur. Uca Allah ona dində böyük fəhm və dərin hikmət bəxş etmişdir. Bir gün ondan soruşdular: “Sənin hikmətin nədədir?” O dedi: “Mənə kifayət edəndən əlavə bir şey istəmirəm və mənə aid olmayan şeyləri özümə yük etmirəm.” Uca Allah bizə Qurani Kərimdə Loğmanın oğluna etdiyi əvəzolunmaz nəsihəti barəsində xəbər verərək buyurur:
Uhud savaşı haqqında
Məkkə müşrikləri Bədr döyüşündəki məğlubiyyətlərinin intiqamını almaq məqsədi ilə böyük bir ordu toplamağa başladılar. Nəticədə onlar üç min dəvə, iki yüz at və yeddi yüz zirehlə təchiz edilmiş və üç min döyüşçüdən ibarət olan bir ordu topladılar. Ordu Əbu Süfyanın başçılığı altında Mədinə şəhərinə doğru hərəkət etdi. Müşriklər Mədinənin yaxınlığına qədər gəlib Uhud və Ayneyn dağlarının yaxınlığındakı vadidə düşərgə qurdular.
Vəhşinin hekayəsi
Vəhşi Peyğəmbərin səhabəsidir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - sevimli əmisi Həmzə ibn Abdulmuttalibi və peyğəmbərlik iddiasında olan yalançı Museyləməni qətlə yetirmişdir. Rəvayət edilir ki, bir dəfə Ubeydullah ibn Adiy Vəhşiyə dedi: “Bəlkə Həmzəni necə öldürdüyünü bizə danışasan?!”
Zülqərneyn kimdir?
Zülqərneyn qədim dövrün güclü hökmdarı olmuşdur. O, qəlbini Allaha bağlayan mömin bəndə idi. Uca Allah ona dərin elm və güclü hakimiyyət bəxş etmişdir. O, dünyanı məşriqdən məğribə qədər gəzib dolaşmış və yer üzünün bütün ölkələrini fəth etmişdir. Bəzi insanlar onun makedoniyalı İskəndər olduğunu deyirlər. Lakin bu doğru deyildir. Çünki İskəndər bütpərəst, Zülqərneyn isə tək Allaha ibadət edən müvəhhid idi.
Məryəmin İsanı dünyaya gətirməsi haqqında
Uca Allah buyurur: “Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir yerə çəkilmiş və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Məryəm dedi: "Mən səndən Mərhəmətli Allaha sığınıram! Əgər müttəqisənsə, mənə toxunma".
Mələk dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm".
Məryəm dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?"
Süleyman peyğəmbər və şahzadə Bəlqisin hekayəsi
Uca Allah buyurur: "Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: "Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!"
Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür".
Ən fəzilətli qadınlar kimlərdir?
İbn Abbas demişdir: “Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dörd xətt çəkdi və dedi: “Bunun nə olduğunu bilirsiniz?” Dedilər: “Allah və Onun Elçisi daha yaxşı bilir” Peyğəmbər buyurdu: “Cənnət qadınlarının ən fəzilətlisi; Xuveylidin qızı Xədicə, Muhəmmədin qızı Fatimə, İmranın qızı Məryəm və Fironun zövcəsi Muzahimin qızı Asiyadır”.
Allaha yaxın olan möminlər kimlərdir?
Uca Allah buyurur: "Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə: "Salam!"- deyərlər.
Onlar gecələrini Rəbbi üçün səcdədə və qiyamda keçirərlər.
Onlar deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq elə. Doğrusu, onun əzabı həmişəlikdir. Həqiqətən, o, nə pis məskən, necə də pis iqamətgahdır!"
Onlar mallarını xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar.