Mən mütləq sədəqə verəcəyəm

    22.01.2014

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Bir nəfər: “Mən müt­ləq sədəqə verəcəyəm”– dedi, sonra da (verəcəyi) sədəqəni götürüb evdən çıx­dı və özü də bilmədən onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: “Oğ­ru­ya sədəqə veril­mişdir”– deyə danışmağa başladılar.
Bu adam: “Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm”– dedi, sonra verəcəyi sədəqəni götürüb evdən çıxdı və bilmədən onu zinakar bir qadına verdi. Səhər açıl­dıq­da insanlar: “Bu gecə zinakar qadına sədəqə verilmişdir”– deyə danışmağa baş­ladılar.
Adam: “Allahım, həmd Sənə məxsusdur! Verdiyim sədəqə zi­na­kar qadına çatdı. Mən yenə sədəqə verəcəyəm”– dedi, sonra sədə­qəni götürüb ev­dən çıxdı və bilmədən onu varlı bir adama verdi. Səhər açıldıqda insan­lar: “Varlıya sədəqə verilmişdir”– deyə danışmağa başladılar.
Adam dedi: “Alla­hım, həmd Sənə məxsusdur! Verdiyim sədəqələr oğruya, zinakara və varlıya qis­mət oldu.” Bundan sonra bir nəfər onun yanına gəlib dedi: “Oğruya ver­di­yin sədəqəyə gəlincə, ola bilsin ki, o, bundan ibrət alsın və oğurluq etməkdən əl çəksin. Zinakar qadına gəldikdə isə, ola bilsin ki, o, ibrət alıb zinakarlığına son qoy­sun. O ki qaldı varlı adama, ola bilsin ki, o, bundan ibrət alsın və Alla­hın ona verdiyi nemətlərdən Onun yolunda xərcləsin.” (əl-Buxari, 1421).

Paylaş: