Quranda əmi və dayının məhrəm olması barədə ayə varmı?
Və aleykum Salam. Dayı və əmi qadına məhrəm sayılır və onların yanında hicabsız gəzə bilər. Buna dəlil isə Uca Allahın bu ayəsidir: "Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş qızları, bacı qızları, ...haram edildi" (ən-Nisa, 23). Həmçinin bu hədis də əminin məhrəm olmasına dəlalət edir. Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: "Hicab ayəsi nazil olduqdan sonra bir gün Əbul Queysin qardaşı Əfləh içəri girmək üçün izn istədi. Mən öz-özümə dedim: “Mən Peyğəmbərdən ﷺ izn istəməyincə onu evə buraxmayacağam. Çünki mənə Əbul Queysin qardaşı deyil, onun zövcəsi süd vermişdir”. Peyğəmbər ﷺ mənim yanıma gəldikdə dedim: "Ey Allahın Elçisi, Əbul Queysin qardaşı Əfləh içəri girmək üçün izn istədi, lakin mən sənin iznin olmadan onun içəri daxil olmasına razılıq vermədim”. Peyğəmbər ﷺ dedi: “Niyə ona izn vermədin?! O ki sənin əmindir!” Mən dedim: “Ey Allahın Elçisi, axı mənə Əbul Queysin qardaşı deyil, onun zövcəsi süd vermişdir”. Peyğəmbər ﷺ buyurdu: "Burax onu gəlsin, o, sənin əmindir, ay yazıq” (əl-Buxari, 4796). Həmçinin oxuyun: