Tez-tez ölüm hadisələrinin şahidi olmaq nədəndir?
Sual:
1) Davamlı işdə, yolda qəzaya və ağır ölümlərə şahid oluram. Psixoloji olaraq məni pis hallara salır. Buna bir səbəb, çarə nə edə bilərəm niyə baş verir?
2) Sevib anlaşdığım xanım var, 25 yaşımz var və artıq 2ilə yaxındır. Ailəsi ilə ailəmi davamlı tanış etmək, görüş, elçilik nə etsək də qızın atası "içimdə bir narahatlıq var" deyərək razı gəlmir. Narahatlığın səbəbini özü də bilmir, qızını bölüşmək istəmədiyini bildirir qəti şəkildə. Lakin digər bütün məsələlər qaydasndadı. Haram yollara əl atmadan evlənb ailə sahibi olmağa can atıram amma bu səbəbdən alınmır. Hər ikimizin də əsəbləri korlanıb. Nə cür çıxış yolu vardır buna dinimizdə?
Cavab:
Əssələmu aleykum.
1) Ətrafda baş verən hadisələr bizim üçün ibrət olmalıdır. Ölüm hadisələri bizə dünyanın imtahan diyarı və fani olduğunu, ölümün insana hər an gələ biləcəyini xatırladır. Ola bilsin bu hadisələrin qarşınıza tez-tez çıxması Uca Allah tərəfindən günahlardan tezliklə tövbə etməyinizə və Ona ibadət etməyə bir işarədir. Bu kimi hallar ölümün yaxınlaşmasının əlaməti deyil. Uca Allah Quranda ölümün əvvəlcədən təyin edilmiş bir yazı olduğunu xəbər vermişdir: "Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür". (Ali-İmran, 145).
"Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə geri qalar, nə də irəli keçə bilərlər!" (əl-Əraf, 34). Ətraflı oxuyun:
2) Dinimizə görə evlənmək üçün qadının vəlisinin icazəsi mütləq olmalıdır. Odur ki, çalışın qadının atasının razılığını alasınız. Ətraflı oxuyun: