Yolda namaz qılmağa imkan olmadığı üçün namazı qəza edən nə etməlidir?

    18.04.2024
Kimdən: 
Qurban
Sual: 
Salam aleykum men rayondan Bakıya gelirdim yol da uzundur evvelceden namaz üçün destemaz almışdım ama dayana bilmeyib maşında yatdım oyananda maşın dayanmıştı men de ehtiyacım üçün tualete getdim orada cox yubandım destemaz alsam da maşındakıların heresinin bir işi var idi meni gözleyirdiler onları gözletmemek üçün bilerek namaz qılmadım men işlediyim bu emele göre ne etmeliyem?
Cavab: 

Və aleykum Salam. Etdiyiniz əməl düzgün deyil və siz bilərəkdən namazı qəzaya verdiyinizə görə günah qazanmısınız. Buna görə üzərinizə tövbə düşür. Belə halda siz ya namazı qılıb sonra avtobusa minməli idiz, bu mümkün olmadığı təqdirdə isə avtobusda oturan yerdə namazı qılmalı idiz. Buraxdığınız namazı qəza etmək mümkün deyil. Çünki heç bir üzrlü səbəb olmadan buraxılan namazlar qəza edilmir. Tövbə edin və əvəzində nafilə namazları artırın. Həmçinin oxuyun:

Maşında gedərkən namaz qılmaq barədə

Səbəbsiz yerə buraxılan namazlar qəza edilirmi?

Paylaş: