Qardaşıma pis xasiyyətli qızı məsləhət gördüyüm üçün vicdan əzabı çəkirəm

    04.06.2014
Sual: 
salam aleykum.menim sualim odurki insanin taleyi oz elindedir yozsa taleyde qismetde ilahi varliq rebbimizin elindedir.cunku qardasima qiz almisuq qizin yaxsi xasiyeti yoxdur ne pis xasiyyet deyirsen bu qizda var.yalanciliq,ara vurmaq ve s.qardasim da deyir bunu sen cixardin qarsima mende bu soze gore vicdan ezabi cekirem.
Cavab: 

Aleykum salam. Bəli, insanların taleyi və qisməti Uca Allahın əlindədir. Amma Allah Təala insana yaxşını-pisdən, haqqı-batildən ayırmaq üçün ağıl və seçim ixtiyarı verib və insanları da buna görə sorğu-sual edəcək. İnşallah səbirli olub Uca Allaha dua edin ki, Allah Təala işlərinizi yoluna qoysun. O ki, qaldı vicdan əzabı çəkməyinizə, siz qardaşınıza yaxşılıq etmək istəmisiniz, amma nəticədə ona məsləhət gördüyünüz xanım sizin qeyd etdiyiniz kimi çıxıb. Əgər bu, bilərəkdən və məqsədli şəkildə deyilibsə, bəli, bu zaman vicdan əzabı çəkməyiniz doğrudur. Əks halda buna görə özünü günahlandırmaq olmaz. Həmçinin sualla bağlı daha ətraflı bu cavabları oxuyun:
Qismət deyilən bir məfhum həqiqətən varmı?
İmanın altı şərtindən biri olan qədərə şübhə

 

Teqlər: 
Paylaş: