İmanın altı şərtindən biri olan qədərə şübhə
Aleykum salam. Ümumiyyətlə qədər mövzusu islamda ən ağır ən geniş mövzulardan biridir. Siz sadəcə qəbul etməlisiniz ki, Allah Təala sizi yaradıb və o Özü belə istəyib. Amma Uca Allahdan başqa heç kim bilmir ki, sonunda bizim aqibətimiz necə olacaq. Hər halda Uca Allah bizə ixtiyar verib və öz əməllərimizi öz istəyimizlə edirik, bizi heç kim məcbur etmir. Və buna görə də məsuliyyət daşıyırıq, həmçinin sorğu-sual olunacağıq. Yaxşı əməlləri ağır gələn Cənnətə, pis əməlləri ağır gələn isə Cəhənnəmə düşəcək. Bu səbəbdən aqibətimizin yaxşı olmasına çalışmalıyıq. Ona görə bu cü mövzulara çox yaxın durmayıb, əməllərimizdə düz, Allah və Rəsulunun istədiyi kimi olmağa səy göstərmək lazımdır. Belə etsək bu bizim üçün xeyirdir. Həmçinin İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunan səhih bir hədisdə Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) belə buyurmuşdur: "Üç mövzu vardır ki, onlar barədə söhbət düşdükdə susun. Onlar; Səhabələrim, ulduzlar və qədər mövzusudur". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 2/96; əl-Albani "əs-Silsilətul-Əhadisus-Sahihəti", 34).
Uca Allah buyurur: "...Yazıda olan qismətləri onlara nəsib olacaqdır...". (əl-Əraf, 37).
"(Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbrli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanları) görəndir!" (əl-Furqan, 20).
"Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!" (Hud, 109).
"Mən özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim düz yoldadır! (Ədalət sahibidir. Hər kəsin cəzasını öz əməli müqabilində verir. Heç kəsin haqqını tapdalayıb mükafatını azaltmır. Möminə Cənnət, kafirə isə Cəhənnəm qismət edir)". (Hud, 56).
"...Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər eləyənlərdir!" (ət-Tövbə, 69). Daha ətraflı:
Qədərə iman
Qədərə iman gətirməyin faydaları