əl-Əraf surəsinin 172-ci ayəsinin şərhi

    12.05.2024
Kimdən: 
Bəndə
Sual: 
Salam.Eraf suresi 172ci ayeni başa sala bilersinizmu
Cavab: 

Və aleykum Salam. Uca Allah əl-Əraf surəsinin 172-ci ayəsində belə buyurur:

"Bir zaman Rəbbin Adəm oğul­la­rı­nın bellərindən onların tö­rəmələrini çı­xarmış və: “Mən sizin Rəbbiniz de­yi­ləm­mi?”– de­yə on­ları özlərinin əleyhinə şa­hid tutmuşdu. Onlar: “Bəli, biz şahid ol­­duq!”– demişdilər"

Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində belə demişdir:

"Uca Allah bu ayədə bildirir ki, O, Adəm oğullarının bellərindən gələcək nəsillərini çıxarıb Özünün onların Rəbbi və sahibi olduğuna, Özündən başqa ibadətə layiq haqq məbudun olmadığına onların özlərini öz əleyhlərinə şa­hid tutmuşdur. Uca Allah insanları məhz bu fitrət üzərində yaratmışdır. Başqa bir ayədə Uca Allah belə buyurur: Sən bir hənif kimi üzü­nü dinə tə­rəf çe­vir! Allahın in­san­lara – xəlq etdiyi şüurlu məx­luq kimi verdiyi fitrət bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz” (“ər-Rum”, 30).

əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Hər bir körpə öz fitrəti üzə­rində (tövhidə meyilli olaraq) doğulur”. (əl-Buxari, 1296, 1385). Başqa bir rəvayətdə isə belə deyilir: “Hər bir körpə bu din (İslam) üzərində doğulur. Sonra ata-anası onu ya yəhudi, ya xris­tian, ya da məcusi edir. Heyvanlar da gözəl biçimdə yaranır. Heç sən on­ların arasında qulağı kəsik bir heyvan görürsənmi?” (əl-Buxari, 1271, 1359). Muslimin “Səhih” əsərində İyad ibn Himardan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ belə demişdir: “Uca Allah buyurur: “Şübhəsiz ki, Mən bütün qullarımı hənif (müsəlman) olaraq yaratdım. Sonra şeytanlar onları dinlərindən uzaqlaşdırdılar. On­lara halal etdiyim şeyləri haram etdilər və haqqında heç bir dəlil nazil etmədiyim şeyləri Mənə şərik qoşmalarını əmr etdilər”. (Muslim, 2865, 5109, 7386)." Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: