Analığım atamla mənim aramı vurmağa çalışırsa ona barəmdə danışmağı qadağan edə bilərəmmi?

    29.05.2024
Kimdən: 
Ayan
Sual: 
Salam,anam rəhmətə gedəndən sonra atam onun bacısı ilə ailə qurub yəni ögey anam öz doğma xalamdır. Məni yaxşı böyüdüb və sevir. Ancaq bir məsələ var ki yoldaşımı bəyənmir aralarında problem çox olub deyə yoldaşım ona cavab qaytarıb deyə yoldaşını qəbul etmir və onu boşamağımı istəyir. Əlavə olaraq başqalarının yanında mənim haqqımda pis şeylər danışır atamı mənə qarşı doldurur. Ona mənim birdə adımı tutub danışmaması üçün qadağa qoya bilərəmmi ? Əks halda atama məndən pis danışa danışa sağlamlığına zərər vuracaq nə edim? Ancaq fitnə fəsadla məşğuldur
Cavab: 

Və aleykum Salam. Əgər həyat yoldaşınız sizə qarşı münasibəti yaxşıdırsa və əxlaqi cəhətdən ondan razısınızsa, bu halda ailənizi qorumağa çalışın. Analığınız sizinlə atanızın arasını vurmağa çalışırsa, onu gözəl şəkildə bu əməldən çəkindirin. Əgər məhəl qoymasa, bu halda ona ümumiyyətlə sizin barədə danışmağı qadağan edə bilərsiniz. Həmçinin oxuyun:

Pis qohumla əlaqələni kəsmək olarmı?

Teqlər: 
Paylaş: