Pis qohumla əlaqələni kəsmək olarmı?

    29.06.2014
Kimdən: 
TERANE
Sual: 
Salam.bildiyime gore dinde bele bir qayda varki gohumlarla munasibeti kesmek olmaz.bes eger bir gohum senee ancak ziyan verirse zererden baska isi yoxdusa fitne -fesad toredirse onda nece? lap yaxin gardas bele olsa nece hell edilmelidi? qarsi teref icki icendise ancak ser emellerle mesguldusa elage tamamile kesilmelidi yoxsa hansisa bir yola munasibet gurulmalidir?cox xais edirem etrafli cavab yazasiniz
Cavab: 

Aleykum salam. İlk öncə onu qeyd edək ki, təbii ki, islamda qohumluq əlaqələrini birləşdirmək mühüm əməllərdən biri sayılır. Həmçinin qohumluq əlaqələrini möhkəmləndirmək islamda ruzinin artmasına vasitə olan səbəblərdən biridir. Ənəs ibn Malik (Allah ondan razı olsun) Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) belə dediyini xəbər verir: "Kim ruzisinin artmasını və ömrünün uzanmasını istəyirsə qohumluq əlaqəsini saxlasın". (Səhih əl-Buxari, 2067; Səhih Muslim, 2557).
Digər səhih bir hədisdə də bilidirilir ki; "Qohumluq əlaqələrini kəsəni qiyamət günü Uca Allah öz rəhmtindən kəsər".
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və alə əlihi və səlləm) yanına gəlib dedi: "Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlarsa mənimlə kobud rəftar edirlər". O dedi: "Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar". (Səhih əl-Buxari, 5911).
Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussilət, 34).
"Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver". (əl-İsra, 26).

"Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir". (ən-Nisa, 36).
Habelə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavat və salamı olsun) belə dediyini nəql edir: "Qüdrətli və əzəmətli Allah məxluqu yaratdı. Yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxdı. (Allah) Buyurdu: "Dayan!" O dedi: "Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır". (Allah) Buyurdu: "Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?" O dedi: "Əlbəttə ki (razıyam), ya Rəbb!" (Allah) Buyurdu: "Sənin üçün məhz belə olacaq!"
Sonra Əbu Hureyra (Allah ondan razı olsun) dedi: "İstəyirsinizsə, bu ayəni oxuyun: "Əgər siz başçılıq etsəniz (yaxud haqdan üz döndərsəniz), ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz". (Muhəmməd, 22,23; Səhih əl-Buxari, 1987; Səhih Muslim, 3456).

Həmçinin Əbu Hureyrə (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Kim Allaha və Axirət gününə inanırsa, qohumluq əlaqələrini saxlasın". (Səhih əl-Buxari, 6138). Həmçinin oxuyun:
Qohumluq əlaqələrini kəsməyin qadağan olması
Qohumluq əlaqələrini kəsməyin haram olması
Xahiş edirəm ki, qohumlarımla barışmağın yolunu göstərin

Amma qohum həddindən artıq fitnə fəsad törədirsə, onunla uzaqdan -- telefon və digər vasitələrlə əlaqə saxlamanız daha yaxşıdır ki, arada küsülülük hiss olunmasın. Əgər qohumdan insanın dininə ciddi zərər gəlirsə, bu zaman ondan Allah rizası üçün əlaqəni kəsmək olar.

Teqlər: 
Paylaş: