Xahiş edirəm ki, qohumlarımla barışmağın yolunu göstərin
Salam aleykum. Qohumluq əlaqələrini kəsmək haramlardan sayılır. Uca Allah buyurur: "(Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir". (ən-Nisa, 1). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Qohumluq əlaqələrini möhkəmlətmək malı çoxaldır, ailədə mehribanlıq yaradır və ömrü uzadır". (ət-Tabərani "Mu'cəmul-Əvsat" əsəri, 7810). Bir kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın Elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlar isə mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlar isə mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlar isə mənimlə kobud rəftar edirlər". O dedi: "Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar". (əl-Buxari "Ədəbul-Mufrad" kitabı, 52). Ola bilər ki, sizin fikir vermədiyiniz bir söz və ya hərəkət münasibətlərin korlanmasına səbəb olub. Barışıq olsun deyə birinci addımı siz atın. Allah mehriban etsin! Həmçinin oxuyun: Qohumluq əlaqələrini kəsmək və ya küsülü qalmaq