Günahkar müsəlman sonda Cənnətə girəcəksə onunla günah etməyən arasında nə fərq oldu?
Sual:
Nece olur ki pirlere geden omrunde bir defe ibadet etmeyen batil inanclari batil bayramlari qeyd eden dunya ucun yasayan biri Allaha iman etdiyi ucun cehennemde yansa bele sonda cennete girir butun heyatini Allaha ve islama adamis insan da (hetta bunun ucun xor gorulse bele) gunahlarinnan temizlenmek ucun cehenneme girib sonra cennete girir. onda Allahi dusunmeden nefsi ucun yasayanla nefsini boğub Allah ucun yasayan insanin ferqi ne oldu? Yeni ibadet edenle etmeyenin ne ferqi oldu 2side sonda cennete gedirse ?indi namaz qilmayan her kes namazin ne olduqunu bilir orucu bilir hicabi bilir sadece oz kefinnen bunu etmir amma cennete girir
Cavab:
Əssələmu aleykum. Uca Allah ədalətlidir və günahkarlarla günahsız insanların halı heç də eyni olmayacaq. Allaha iman gətirən, tövhid əhli olan günahkar insanlar Allahın istəyi altındadırlar. Uca Allah onlara əzab versə də tövhid etiqadlarına görə sonda Cənnətə girəcəklər. Lakin Cənnətə girənə qədər onları Qəbir əzabı, Cəhənnəm əzabı gözləyir. Bu isə heç də yüngül cəza deyil. Ətraflı bu cavabları oxuyun: