Əri əxlaqsız şəkillərə baxan qadın boşana bilərmi?

    21.06.2024
Kimdən: 
Vəsilə
Sual: 
Salam xahiş edirəm sualımı cavablandırardınız. Yoldaşım çoox çox üzr istəyirəm əxlaqsız qadınların şəkillərini sosial şəbəkələrdə bəyənir, dostlarına da baxmaq üçün göndərir, iş yerində iş yoldaşı ilə başqa xanımın bədəni haqqında danışır(bu yazdıqlarımı özüm gizli araşdırmışam, gözümlə görmüşəm) təbii ki heccürə qəbul edə bilmirəm, özü isə qəti etdiyini boynuna almır... Qaynanama deyirəm vəziyyəti deyir kişidi nolsun( Sizcə boşanmağım düzgündür? Xəstəlik tapacam belə davam etsə(
Cavab: 

Va aleykum Salam. Şübhəsiz ki, ərinizin etdiyi bu əməllər günah və haram əməllərdir. Lakin bu səbəbdən boşanmaq düzgün deyil. Ərinizə çoxlu nəsihət edin, Allahın əmrlərinə ilk növbədə özünüz əməl edərək onu da dəvət edin. Harama baxmağın böyük günah olması barədə ayə və hədisləri ona çatdırın. Bütün bunlarla bərabər Allaha çoxlu dua edin, çünki qəlblər Allahın Əlindədir. Həmçinin ərinizi günahkar dostlardan uzaqlaşaraq, mömin insanlarla oturub-durmağa təşviq edin. Həmçinin oxuyun:

Yoldaşım əxlaqsız videolara baxdığı üçün evdən getmək istəyirəm

Paylaş: