Yoldaşım əxlaqsız videolara baxdığı üçün evdən getmək istəyirəm
Aleykum salam. Şübhəsiz ki, ərinizin etdiyi əməl günahdır və bu göz zinasından sayılır. Belə vəziyyətdə ailənizi qorumaq və ərinizin bu əməldən çəkinməsi üçün ilk növbədə Uca Allaha çoxlu dua etməli, namazlarda, həmçinin gecə namazlarında duaları çoxaltmalısınız. Öz əxlaqınızı gözəlləşdirməli, ərinizin kefi yaxşı olduğu vaxtlarda səbir və hikmətlə ona nəsihət etməli, bunun günah olduğunu, Allahın qəzəbinə və axirət əzabına səbəb olduğunu bildirməlisiniz. Daha ətraflı: Zina və onun cəzası
Həmçinin evdə gözəl mühit yaratmalı, əxlaqlı olmalı, gün ərzində Quran səsləndirmək, elm tələbələrinin dərslərinə birlikdə qulaq asmaq lazımdır ki, həm evinizdən şeytanı qovasınız, həm də günah edən insan öz əməlinə görə peşman olsun. Həmçinin oxuyun:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
İslama dəvət necə olmalıdır?
Gecə namazı necə qılınır?