Qayınana izn almadan gəlinin otağına girə bilərmi?

    15.06.2024
Kimdən: 
Sara
Sual: 
Es selemu aleykum xaiş edirem cavablandırın. Bezileri deyirki evlenen cütlüklerin otağına qaynananın girib baxmaqı doğru bir şeydir. Lakin men bu fikirle razılaşmıram islamda bele şeyin caiz olmadığını bilirem çünki o, otaq özel alan kimini bilinir, ve bu fikir cahillerin düşüncesidir deye düşünürem. Xaiş edirem bunun doğru olub olmaması barede bir cavab yazasınız, islamda bele bir şey caizdirmi?
Cavab: 

Və aleykum Salam. Dinimizə görə ər-arvad öz otaqlarında olduqları zaman icazə almadan kiminsə ora girməsi qadağandır. Fərq etməz istər valideyn olsun, istər qeyriləri. Uca Allah bu xüsusda buyurur: "Ey iman gətirənlər! Öz­gə evlərə icazə almadan və on­ların sa­kin­lərinə sa­lam vermə­dən gir­məyin. Bu sizin üçün daha yax­şı­dır. Bəlkə, düşünüb ibrət ala­­sınız" (ən-Nur, 27). Əgər otaqda heç kim yoxdursa, qayınananın gəlinin şəxsi əşylarına toxunmamaq şərti ilə otağa girməsi qadağan deyil, lakin ədəb baxımından izin alması daha yaxşı olar. 

Qayınanam bizim ailə işlərimizə qarışır, ayrı evə köçsək günah olarmı?

Teqlər: 
Paylaş: