Qayınanam bizim ailə işlərimizə qarışır, ayrı evə köçsək günah olarmı?

    28.08.2014
Kimdən: 
su
Sual: 
men evliyem ve qayinanam yoldasimla menim islerime mudaxile edir ve bu mudaxile davaya cevrilir is o yere gelir ki, ogul cavab qaytariar nasina yeni eslinde duzgun olsani edir cunki haqqin terefdari olur amma bu gunah olarmi ona ya mene ? biz ayri evde yasamaq isteyirk onada icaze vermir anasi? biz evden cixsaq gunah olarmi? cunki basqa cur mumkun deyil
Cavab: 

Hər bir halda siz və əriniz onun anası ilə gözəl davranmalısınız. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra,23)
Həmçinin oxuyun:
Ata-ananı incitmək günah sayılırmı və hansının haqqı daha böyükdür?
Qəzəblənmə!
Şəriətə əsasən, ərinizin valideynləri xəstə, həddən artıq qoca və s. deyillərsə və onlara xüsusi qulluq etmək tələb olunmursa, siz onlardan ayrıca evdə yaşaya bilərsiniz. Daha ətraflı: Yoldaşımın valideynlərindən ayrı yaşamaq istəməyim düzgündürmü?

Teqlər: 
Paylaş: