Müsəlmanın xəstələnməsi onun günahlarına kəffarədirmi?
Sual:
Bu yaxında mənə dedilər ki,müsəlmanın xəstələnməsi onunçün kəffarədir. Bu nə deməkdir?
Cavab:
Əssələmu aleykum. Ümumiyyətlə müsəlmanın başına gələn hər bir müsibət, xəstəlik, ona əziyyət verən hər bir şey, hətta barmağına batan tikan belə onun üçün günahlardan kəffarədir. Kəffarə dedikdə - günahların silinməsi nəzərdə tutulur. Peyğəmbər ﷺ belə buyurmuşdur: "Müsəlmana üz vermiş hər bir yorğunluq, naxoşluq, kədər, üzüntü, əziyyət, dərd, hətta bir tikanın batması ilə Allah onun günahlarını yuyur". (əl-Buxari, 5642).
Peyğəmbər ﷺ demişdir: "Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz". (əl-Buxari "Ədəbul-Mufrad", 494). Ətraflı oxuyun:
"Allah sevdiyi bəndələrini həmişə sınağa cəkir" sözü doğrudurmu?