"Lə İləhə İlləllah" sözünü ilk dəfə kim deyib?

    09.07.2024
Sual: 
La ilahə illAllah sozunu ilk dəfə kim deyib
Cavab: 

Əssələmu aleykum. "Lə İləhə İlləllah" sözünün mənası "Allahdan başqa ibadətə layiq məbud yoxdur" deməkdir. Uca Allah bütün peyğəmbərlərə "Lə İləhə İlləllah" deməyi vəhy edib. Uca Allah bu xüsusda buyurur: "Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək" (əl-Ənbiya, 25). İlk vəhy alan peyğəmbər Adəm olduğuna görə, bu kəlməni də ilk deyən o olmuşdur. Həmçinin oxuyun:

Paylaş: