Valideyn övladına zərərli şeyləri yeməyi əmr edirsə, ona itaət etmək vacibdirmi?

    21.06.2024
Kimdən: 
Murad
Sual: 
Salam Aleykum. Men yediyim icdiyim seylere cox diqqet eden biriyem. Yeni sagligima zererli olan seyleri yemekden imtina edirem ve daima bu sahe uzre mutexessis olan Elm adamlarini dinleyib ona uygun addimlar atiram. Ve bunlarida Allah rizasi ucun edirem. Amma valideyinlerim meni bir nov bilgisizliklerinden dolayi zererli seyleri yemeye mecbur edirler. Onlara ne qeder izah etsemde xeyiri olmur. Bu veziyyetde men vaildeyinlerimi dinleyib zererli seylerden istifade etmeliyem? Yoxsa onlara bu seyden otru itaet etmemeliyem? Ve bildiyim qederile Tayyib yeni Temiz seyleri yemeyimizi bize Quran emr edir. Tayyib seyler zererli olmayan ve de tebii olan seylerdirmi?
Cavab: 

Və aleykum Salam. Uca Allah Quranda "təmiz və halal" yeməklər yeməyi əmr edərək buyurur: "Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin" (əl-Bəqərə, 168). İbn Kəsir (Allah ona rəhmət etsin) ayədə keçən "təmiz və halal" sözlərini təfsir edərək deyir: "Halal və təmiz dedikdə, özü-özlüyündə təmiz olub, bədənə və ağla zərəri olmayan ruzilər nəzərdə tutulur". Əgər valideyn sizi zərərli şeyləri yeməyə məcbur edirsə, bunda onlara itaət etmək vacib deyil. Lakin mülayim və gözəl şəkildə onlara bu qidaların zərərli olduğunu izah edin. Həmçinin oxuyun:

Ata-ananı incitməyin günahı barədə

Övladın valideyn üzərində haqları barədə

Teqlər: 
Paylaş: